adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Aprel 2020 15:30
31453
KRİMİNAL
A- A+

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən "BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əhmədov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Məmmədov aprelin 18-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən "BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Əhmədov aprelin 19-da A.Cəlilov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.