Avropa Şurası Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır
Avropa Şurası Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər”lə bağlı mövqeyini açıqlayıb.
Qurumun Kommunikasiya DirektorluğundanReport-abildiriblər ki, Avropa Şurası Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər”i tanımır.
"Avropa Şurasının prinsipial və məlum mövqeyi ondan ibarətdir ki, üzv ölkənin konstitusiya nizamına zidd və ya ondan kənar təşkil edilən istənilən seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur və hüquqi tanınmamalı və ya hesab edilməməlidir. Bu mövqe Dağlıq Qarabağda keçirilmiş son qondarma "seçkilər”ə münasibətdə də keçərlidir”, - qondarma "seçkilər”lə bağlı Avropa Şurasının mövqeyinə dair məlumatda bildirilib.
Qeyd edilib ki, Avropa Şurası münaqişənin dinc nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəkləyir.