adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BİRİ SƏNSƏN, BİRİ MƏN...

FAİQ QİSMƏTOĞLU
52840 | 2020-04-22 09:10

Bu mahnı heç də adi mahnıdeyil. Bu mahnı hər bir azərbaycanlının ürəyində elə bir iz qoyub ki, o izyaddaşlarda yüz il də, əlli il də, min ildə keçsə, həmişə qalacaq. O izi də Azərbaycanın çöx böyük xanəndəsi, çox böyüksənətkarı, çox böyük musiqiçisi İslam Rzayev qoyub.

İslam Rzayevin oxuduğu"Biri sənsən, biri mən" təsnifi heç də adi bir musiqi, adi bir mahnıdeyil. Onun sözləri də möhtəşəmdi, musiqisi də möhtəşəmdi, ifa da möhtəşəmdi.Möhtəşəm ifa, möhtəşəm söz, möhtəşəm musiqi! Sözləri böyük şair BəxtiyarVahabzadəyə məxsusdur. Musiqi Əhsən Dadaşova məxsusdur. İfanı isə ilk dəfə İslam Rzayev səsləndirib. Bayaqdedik, bu mahnının unikallığı, milli koloriti, mahnının gözəlliyi və şirinliyihəmişə Azərbaycan dinləyicisinin, Azərbaycan tamaşaçısının yaddaşında qalacaq.

Sözümün canı bu deyil, sözümüncanı odur ki, bu yaxınlarda Xəzər Televiziyasının "5/5" verilişindəbu mahnıyla əlaqədar müəyyən fikirlər səslədirildi. Həmin verilişin aparıcısıZaur Kamal qonaqlarını da təqdim elədi. Qonaqlar Teymur Əmrah, Aybəniz Haşımovavə yazıçı-şair Vüqar Əhməd idi. Burda həmin mahnıyla bağlı müəyyən fikirlər səsləndi,müəyyən fikirlər deyildi. Məni narahat eləyən o oldu ki, İslam Rzayevin möhtəşəmifası yaddan çıxdı, Teymur Əmrah Aybəniz Haşımovanın ifa etdiyi həmin mahnını tərifləməyəbaşladı. Hətta istedadına və musiqi savadına çox böyük hörmətim olan Teymur Əmrahbildirdi ki, Aybəniz Haşımova bu mahnını çox möhtəşəm ifa edib. Bəlkə də AybənizHaşımova o mahnını möhtəşəm ifa edib. O xanım böyük musiqiçi və böyük sənətkardı.Buna sözümüz yoxdu. Amma o mahnının kamil ifaçısı böyük xanəndə, böyük musiqiçiİslam Rzayevdir. Islam Rzayev o mahnıya elə möhür vurub ki, ondan sonra kim gəlsədə, o mahnını onun kimi ifa edə bilməz. Ən azından İslam Rzayevin instrumentalansamblındakı musiqiçilərin ifası, qeyri-adi səslənmə, qeyri-adi musiqi digərifalarda heç vaxt o səviyyədə alınmayıb.

Düzdür, bu mahnını Rövşən Behçətdə ifa edib. Rövşənin də ifasında bu mahnı gözəl alınıb. Ona heç kimin şübhəsiyoxdur. Amma Rövşən Behçət o mahnını oxuyanda orda fars, iran boğazları hissolunur. Amma İslam Rzayevin ifasında isə xalis Azərbaycan musiqisi, Azərbaycanzənguləsi, Azərbaycan ritmi və Azərbaycan şirinliyi var. Bunu danmaq olmaz. Məninarahat eləyən o oldu ki, bu söhbət zamanı Teymur Əmrah bir dəfə də olsun İslam Rzayevin adını çəkmədiki, bəs bu mahnının əvəzsiz ifaçısıİslam Rzayevdir. Verilişdə iştirak edən Vüqar Əhməd də bu məsələdə çoxsoyuq münasibət göstərdi. Hansı ki, Vüqar Əhməd uzun müddət Azərbaycan DövlətTeleviziyasının musiqi redaksiyasında məsul vəzifədə çalışıb. O bilirdi ki,İslam Rzayev kimidi və İslam Rzayev bu mahnını necə möhtəşəm oxuyub. Amma bir kəlməolsun dinmədi. Bax, biz belə bir millətik. Heç vaxt özümüzün yaxşı cəhətlərinidemirik. Çünki verlişdə onun qızı da iştirak edirdi, onun qızının ifasını tərifləyirdilər.



Əlbəttə, hər bir sənətkarın, hərbir ifaçının, hər bir musiqiçinin öz yolu, öz dəsti-xətti var. Və AybənizHaşımova da Azərbaycan musiqi tarixində öz sözünü demiş böyük ifaçılardanbiridir. Bayaq dedik, buna sözümüz yoxdur. Amma sözümüz onadır ki, heç olmasaAybəniz xanım özü deməliydi ki, məndən də əvvəl, məndən də möhtəşəm bu mahnını,bu təsnifi İslam Rzayev ifa edib. Hansı ki, İslam Rzayev xəstə olanda İctimaiTeleviziya onunla bağlı xüsusi bir veriliş də hazırlamışdı. Həmin verilişdə AybənizHaşımova İslam Rzayevin yanında o mahnını oxudu, sonra da kövrəlib İslamRzayevi öpdü. Buna görə çox sağ olsun. Amma gərək xanım müğənni bu məqamda, buanda həmin anları yada salaydı ki, bizimustadımız, böyük sənətkar İslam Rzayev bu mahnını məndən də, Rövşən Behcətdən dəgözəl ifa edib. Bax, bu olardı ədalətlimünasibət, bu olardı Azərbaycan musiqitarixinə sevgi və bu olardı Azərbaycan xalqına böyük sevgi.

Ümumiyyətlə, hər bir sənətkarı,hər bir musiqiçini, hər bir bəstəkarı tarixdə yaşadan onun möhtəşəm əsərləridir.Və bu möhtəşəm əsərlər kimliyindən, zamanından və məkanından asılı olmayaraq, həmişəyaşayır, yaşayıb və yaşayacaqdır. Və belə düşünürəm ki, İslam Rzayevin"Biri sənsən, biri mən" mahnısının ifasını onun qədər heç bir müğənni,heç bir xanəndə, heç bir sənətkar elə səviyyədə ifa edə bilməyəcək. Ən azındanona görə ki, ordakı kolorit, ordakı musiqi səsləndirilməsi, ordakı avaz, ordakıAzərbaycan xalları heç birində o qədər də zəngin deyil.

Bir daha mən bu mövzuya ona görəqayıtdım ki, hər şeyə tarix qiymət verir. Kimisə tərifləmək olar, kimisə yadasalmaq olar, amma kiminsə haqqını başqasına heç cürə vermək olmaz. Yəni bu mahnı, bu təsnif İslam Rzayevinifasıyla böyük Azərbaycan tamaşaçısı tərəfindən sevilib və yadda qalıb. Mənə eləgəlir ki, bundan sonra yüz illər keçsə də, yenə "Biri sənsən, biri mən"mahnısı İslam Rzayevin ifasında həmişə olduğu kimi səslənəcək, seviləcək və həmişədə yaddaşlarda qalacaqdır. Ona görə də heç vaxt haqqı nahaqqa vermək olmaz.

Ay böyük sənətkarlar, yoxsa birməclisdə, bir verilişdə, eyni vaxtda bir stol arxasında əyləşib bir-birinizi tərifləməklə,bir-birinizə xoş sözlər deməklə keçmişi heç vaxt unutmaq olmaz. Yenə də deyirəm,o sənətkarlar istedadlı sənətkarlar, istedadlı ifaçılardı, amma hərəsinin özyeri var, hər ifaçının tutduğu məqam var.O məqamı, o zirvəni yaddan çıxarmaq lazım deyil. O uca zirvədə İslamRzayev həmişə durub və duracaq da! Böyük mənadademək olar ki, buna heç kiminşübhəsi ola biləməz. Ona görə də bir daha böyük sənətkarlar, böyük musiqiçilər,böyük ifaçılar heç vaxt unudulmur. Ən azından ona görə ki, İslam Rzayev heç birmusiqiçinin, heç bir xanəndənin, heç bir müğənninin ifa edə bilmədiyi ən çətinbəstəkar, xalq musiqisini ifa edib. Bütün bunlar tarixdir və bütün bunarı heçkim yaddan çıxara bilməz!



TƏQVİM / ARXİV