adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Aprel 2020 09:46
37492
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏNDƏN

Bəsdir bu qədər yalvartdın,
Küsdüm daha,dağlar, səndən!..
Ürəyimə qan ağlatdın -
Çəkdim neçə dağlar səndən...

Ərgünəşə tamarzııyam
Guman deyil, tam arzuyam!..
Əridikcə damasıyam -
Kiprik-kiprik ağlar səndən...

Yönüm üzü aşağıdı
Dərdim dərdlər başağıdı...
Özüm torpaq uşağıdı -
Çəir ancaq ahlar, səndən!..

Tay düz gəlmir günə - günüm
Vağanıyır səsim, ünüm...
Bir yol aç ki, mən də dönüm -
Olum, ötmüş çağlar səndən...

Əbülfət bil, sənlə tərdi
Vüqarından qürur dərdi...
İndi özün yelə sərdi -
Şərit ucun bağlar səndən...