adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2020 09:21
14392
DÜNYA
A- A+

ABŞ İrana tibbi yardım göstərməyə hazır olduğunu bildirib

Amerika Birləşmiş Ştatların hakimiyyəti orqanları süni tənəffüs aparatlarının təmin edilməsi də daxil olmaqla, yeni bir növ koronavirusun yayılmasına qarşı mübarizədə İrana kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə deyib.

D.Trampın sözlərinə görə, əgər İran koronavirusla mübarizədə yardıma ehtiyac duyarsa, o bunun üçün nəsə etməyə hazır ola bilər:

"Əgər onlara kömək lazımdırsa, süni tənəffüs aparatlarına ehtiyac duyarlarsa, indi əlimizdə minlərlə aparatlar var, həmçinin istehsal prosesində olan cihazlarımız var".

İran tərəfi ABŞ-dan daha əvvəl edilən yardım təkliflərini rədd etdi. Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, Tehran "heç bir Amerika siyasətçisinin məsləhətlərini qəbul etməyəcək".