adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2020 22:36
12982
DÜNYA
A- A+

İtaliyada sutkada 433 nəfər koronavirusdan ölüb

İtaliyada son sutka ərzində yeni koronavirus xəstəliyinin səbəb olduğu fəsadlardan ölənlərin sayı 433 nəfər təşkil edib.

Trend-in məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə Departamenti bildirib.

Beləliklə, ölkədə pandemiya qurbanlarının ümumi sayı 23,660 nəfərə çatıb.

Sağalanların sayı 47 min nəfəri keçib, son sutkada 2 128 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından bu günə qədər yoluxanların ümumi sayı 178 972 nəfərə çatıb, sutkada yeni koronavirusa yoluxma hallarının sayı 3 mindən çox artıb (3 047 nəfər).