adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Aprel 2020 16:54
32714
KRİMİNAL
A- A+

Xaçmaz sakini qaynını güllələdi

Xaçmazda güllələnmə hadisəsi baş verib.

"Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Ağtala kəndində qeydə alınıb.

İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakiniFazil Quliyevhəyat yoldaşı ilə mübahisə edib.

Onların səs-küyünü eşidən F.Quliyevin qaynı,1994-cü il təvəllüdlüMurad Rəsul oğlu Allahverdiyevərlə arvadısakitləşdirmək istəyib.

Bundan daha da əsəbləşən F.Quliyev ov tüfəngindən atəş açaraq M.Allahverdiyevə xəsarət yetirib.

M.Allahverdiyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sol baldırın deşilmiş, cırılmış yarası diaqnozu qoyulub.

Fazil Quliyev Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.