adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2020 12:22
17609
DÜNYA
A- A+

Qırğızıstanda koronavirusa yoluxanlar arasında tibb işçiləri çoxluq təşkil edir

Qırğızıstanda yeni tip koronavirus infeksiyasına (COVİD-19) yoluxma hallarının sayı artıb.

"RİA Novosti” xəbər verir ki, bu gün ölkədə daha 48 nəfərdə infeksiya aşkarlanıb.

Bununla da yoluxmuş xəstələrin ümumi sayı 554-ə çatıb.

Qeyd edilib ki, yeni yoluxanlardan 18 nəfəri tibb işçisidir.

Ümumilikdə virusa yoluxmuş 554 nəfərdən 134-ü tibb işçisidir və beş nəfər isə bu səbəbdən ölüb.