adalet.az header logo
  • Bakı 20°C
17 Aprel 2020 22:00
62992
MƏDƏNİYYƏT
A- A+

İki dəfə əməliyyat keçirən Əməkdar artist: “Səhhətimdə ciddi problem aşkarlanıb”

"Həkimlər səhhətimdə ciddi problem aşkarlayıb. Bədənimdə şişvar. Qalan ömrümü elə bu xəstəliklə yaşayacağam. Səhhətim yaxşı deyil”.

Bu sözləriOxu.Az-a özəl açıqlamasında Əməkdar artistRəhman Rəhmanov deyib.

Fevral ayının sonundaiki dəfə əməliyyat olunan sənətkar maddi baxımdan sıxıntılar keçirdiyini bildirib:

"Əməliyyatdan sonra həkimlər mənə müalicə təyin ediblər. Müalicəm ev şəraitində davam edir. Dərmanlarımıözüm alıram. İşlədiyim Azərbaycan Dövlət Kukla Teatrındanmaaş alıram. Maaşımı iki yerə bölürəm:yarısı gündəlik ehtiyaclarıma, yeməyə, qalan yarısı isə dərmanlarıma.

Amma bununla da xərclərim bitmir. İkinci qrup əlil olanoğluma da baxıram. O,heç bir yerdə işləmir. Oğlum mənim himayəmaltındadır. Birtəhər dolanmağa çalışıram. Bu günümə də şükür edirəm.Etiraf edim ki, dərmanlarıma pul çatdıra bilmirəm,çünki çox bahadır.Bu səbəbdən apteklərə belə borcluyam.

Ev şəraitim də heç ürəkaçan deyil. Mənzilimçox balacadır. Eni cəmi üç metrdir”.

20 ildən artıq şəkər xəstəliyindən əziyyət çəkənƏməkdar artistdövlət tərəfindən ona göstərilən diqqətdənböyük məmnunluq hissi keçirdiyini dilə gətirib:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi iləiki dəfə çox ağır əməliyyat olundum. Heydər Əliyev Fondu əməliyyat xərclərimi öz üzərinə götürdü. Onların yardımı olmasaydı, öləcəkdim. Sizin vasitənizlə bir daha Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Əməkdar artist fevral ayında ilkin olaraq mədəaltı vəzi və öd kisəsində yaranmış problemlər səbəbindən komaya düşüb. Aktyor koma vəziyyətində öncəƏjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına, oradan isəBakı Sağlamlıq Mərkəzinə köçürülüb. Orada isə iki dəfə ağır əməliyyat keçirib.