adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Aprel 2020 21:29
46708
MARAQLI
A- A+

Kiyev dünyanın ən çirkli havası olan şəhəridir - VİDEO

Ukraynanın paytaxtı Kiyev Çernobldakı yanğına görə dünyanın ən çirkli havası olan şəhəri hesab edilib.

İz.ru xəbər verir ki, bəzi rayonlarda mütəxəssislər havanın çirklənmə dərəcəsinin insanların həyatına təhlükə yarada biləcəyini deyiblər. Hava normadan 6-7 dəfə artıq çirklənib.

Sakinlərə qapı və pəncərələri kip örtmək, tənəffüslə bağlı problem yaranarsa, həkimə müraciət etmək tövsiyə edilib.

Şəhərin üzəri qatı qara dumanla əhatələnib.

Tüstünün yaratdığı duman Kiyev yaxınlığında dörd yük maşınının iki avtomobillə toqquşmasına səbəb olub. Nəticədə, dörd nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.