adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 Aprel 2020 15:15
31978
KRİMİNAL
A- A+

Bakıda oğurluq edən şəxslər saxlanılıb

Oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində "Azərsu” ASC-yə məxsus 2 ədəd kanalizasiya qapağı, 1 marketdən, 1 qarajdan və 1 ofisdən kondisioner mühərriklərini sökərək oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini A.Qasımov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.