adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2020 14:41
54898
MARAQLI
A- A+

ALLAHA DUA ELƏMƏKLƏ İŞ BİTMİR...

Bir kəndi sel aparır. Camaat doluşur qayıqlara ki, canlarını qurtarsınlar. Bir nəfər isə durur doqqazının ağzında Allaha dua edir ki, ay Allah məni xilas elə.

Su çıxır dizindən yuxarı. Yanından keçən qayıqdakılar deyirlər ki, min qayığa, boğulacaqsan.

O isə:”Mən Allaha dua edirəm, Allah məni xilas edəcək”-deyir.

Su çıxır qurşaqdan yuxarı. Yanından keçən qayıqdakılar deyirlər ki, ay qaqa, min qayığa boğulacaqsan.

-Allaha dua edirəm. Allah məni xilas edəcək!

Su çıxır boğazına.Yenə bir qayıq yaxınlaşır. Camaat deyir ki, ay qaqa, min qayığa boğulacaqsan.

- Allaha dua edirəm! Allah məni xilas edəcək!

Nəisə, boğulub ölür. Öləndən sonra Allaha şikayet edir ki, ay Allah, mən sənə bu qədər yalvardım,niyə məni xilas etmədin?

Allahdan səda gəlir:

- Mən sənin dualarını eşidib, xilas etmək üçün 3 dəfə qayıq göndərdim.

İndi Allaha dua eləməklə koronavirusdan qorunmaq mümkün deyil. Allah səni xilas eləmək üçün karantin qaydalarına, həkimlərin tövsiyyəsinə qulaq asmağa və evdə qalmağa məsləhət görür..

Yoxsa boğulacaqsınız!