adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Aprel 2020 09:43
31466
ŞOU-BİZNES
A- A+

Üç müğənni, üç müxtəlif fikir: Yardım etmək...

"Karantin zamanı imkansız insanlara yardım" kampaniyasına qoşulan məşhurların sayı artıb.

Adalet.az xəbər verir ki, Əməkdar artist Vasif Məhərrəmli insanlara yardım məqsədilə ərzaqlar alıb. Sonra isəsənətçi ərzaq qutularının üstünə "Əməkdar artist Vasif Məhərrəmli" sözlərini yazdırıb. Bu isə izləyicilərin tənqidinə səbəb olub.

"Əməkdar artisti yazmasaydınız, tam olmazdı" deyə, rəy yazan izləyici gözləmədiyi reaksiya ilə qarşılaşıb. V.Məhərrəmli ona söyüşlə cavab verib. Həmçinin, yardımla bağlı video çəkdirən sənətçinin rolikdə Qazaxdakı villasını nümayiş etdirməsi də sosial şəbəkə istifadəçilərində qıcıq yaradıb. Onlar ifaçıya "Yardım etmək evlərini, maşınlarını reklam etməyin təzə yoludur" kimi şərhlər yazıblar.

Qeyd edək ki, V.Məhərrəmli bundan öncə də bir neçə dəfə onu tənqid edən izləyicilərinə təhqiredici ifadələr yazıb.

Vasif Məhərrəmlinin adıgedən qalmaqalından sonra müğənniNigar Camalın açıqlaması diqqətləri cəlb edib. İzləyicilər sənətçinin paylaşımında onun insanlara yardım etməməsini qınayıblar. O, sosial şəbəkədə ünvanına yazılan iradlara cavab verib, eyni zamanda etdikləri yardımı çəkib paylaşanları da tənqid edib:

" Niyə? Axı video çəkib paylaşmaq düzgün deyil. Bu, həm də həmin ailələrə qarşı yanlışdır. Bəlkə, problemləri olduğunu kiminsə bilməsini istəmirlər. Hansısa kanalın yardım kampaniyası olsaydı paylaşardım. Amma ailələrə kömək edərkən bunu sosial şəbəkədə paylaşmaq reklam kimi çıxır".

Nigar Camal eyhamı konkret kimə ünvanladığını açıqlamasa da Vasif Məhərrəmlinin məlum qalmaqalından az sonra paylaşımı həyata keçirib.

Yeri gəlmişkən, Əməkdar artist Mətanət İsgəndərli "Bizimləsən" verilişində maraqlı açıqlaması ilə yadda qalıb. O, son günlər koronavirus infeksiyasına görə çalışmayan ailələrə ərzaq yardımı edərkən ona gələn zənglərdən danışıb:

"Mənə yığıblar ki, darvazam köhnədir onu düzəltdirin. Deyirəm, ac olan ailələr var, siz nə danışırsınız, darvaza vaxtıdır?".

İsgəndərli bildirib ki, toy məclisləri olmadığı üçün pulu qurtarıb:

"Evdə üç körpə uşaq var. Xəstə anam, atam... Toy da yoxdur, artıq pulum tükəndi. İndi oğlumun əlinə baxıram. Dəmiryolunda çalışır. Maaş alır gətirir, biz də onla dolanırıq.

Bir gündə mənə 500 adam yardım üçün zəng etdi. Onların hamısına kömək edə bilərəm? Mənə dəstək oldular, mən də yardım etdim".

Beləcə, müğənnilərimizin fərqli fikirləriizləyicilər tərəfindən müxtəlif reaksiyalara səbəb olub.

Əntiqə Rəşid