adalet.az header logo
  • Bakı 20°C
21 Aprel 2020 08:46
84327
ŞOU-BİZNES
A- A+

Müğənni Nəfəs ərzaq arabasında: Biabırçılıq...

Əvvəlcə qeyd edək ki, hər kəs koronavirusdan qorunmaq üçün müxtəlif gigiyenik vasitələrdən istifadə edir. Məqsəd isə virus insanlara yoluxmasın, miqyası genişlənməsin! Bunun üçün də ən başlıcası təmizlik qaydalarına riayət etmək, ətrafdakıların sağlamlığını düşünmək vacibdir. Amma bu qaydalara əməl etməyənlər, soydaşlarının sağlamlığını düşünməyənlər də var. Aqşin Fatehinduet ortağı müğənni Nəfəs sosial şəbəkə istifadəçilərini xeyli qəzəbləndirib. O, biabrçı hərəkətinə görə, heç də yaxşı qarşılanmayıb.


Adalet.az xəbər verir ki, Nəfəs marketdə alış-veriş zamanı istifadə olunan arabanın içində oturaraq şəkil çəkdirib.

Fotonu görən hər kəs ona sərt reaksiya göstərərək müğənnini tənqid ediblər.



"Camaat o arabaya ərzaq yığır, siz ayaqqabı ilə oturmusunuz", "Koronavirus vaxtı bu nə hərəkətdir, arabanın içinə girmisiniz" deyə şərhlər yazılıb.

Daha sonra Nəfəs fotoya gələn şərh bölümünü bağlayıb.

Əntiqə Rəşid