adalet.az header logo
  • Bakı 21°C
17 Aprel 2020 11:54
31464
ŞOU-BİZNES
A- A+

Estafet Təranədə - Qubadakı dəbdəbəli villalarını nümayiş etdirdi – VİDEO

Yadınıza gələr, ötən illlərdə ( 2018-2019-cu illərdə)başı qalmaqaldan ayılmayan Təranə Qumral və Musa cütlüyü bağ evində dincəlirdilər.

Həmin vaxt yayımladıqları bir videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Videogörüntülərdə cütlük ilan ovuna çıxır və ilanla üz-üzə gələn Təranə və Musa onu çomaqla özlərindən uzaqlaşdırmağa çalışırlar.

Daha sonra Təranə Qumral "görürsünüz ki, Təranə heç ilandan da qorxmur" - sözlərini deyir. İndi sizə həmin villadan və onun sahiblərindən xəbərim var.

Müğənni Musa Musayev həyat yoldaşı və səhnədə duet ortağı Təranə Qumral haqqında Xəzər TV-də yayımlanan "Səni axtarıram” sosial-ictimai proqramında deyib ki, biz bir-birimizdən ayrı qalanda darıxırıq.

Sonra "Skype” vasitəsilə efirə onlayn bağlanan Musa ilə Təranə cütlüyü karantin günlərini şəhərdə deyil,Qubada yerləşənçoxmərtəbəli villalarında keçirdiklərini bildiriblər: "Hazırda Qubadakı bu villamızın içi çoxdan təmir olunub, amma həyətimizi təmir edə bilmirik. Bir aya yaxındır ki, burada qalırıq. Qubada sakitlikdir. Villamız meşənin içindədir”.

Verilişdə təmtəraqlıbağ evlərindən ağız dolusu danışan T.Qumral evinin dizaynını Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitajmuzeyinin interyeri kimi düzəltdiyini söyləyib:

"Bizi izləyən insanlar evimizə baxıb deyərlər ki, Təranənin zövqü yoxdur. Ermitaj muzeyində olanda oranın interyerini çox bəyəndim. Klassikanı çox sevirəm. Çalışdım ki, bənzərlik olsun”.

Canlı bağlantının sonunda malikənələrinin eyvanına çıxan cütlük karantin bitənə kimi Qubada qalacaqlarını vurğulayıblar:

"Buranın havası çox təmizdir. Bakıda biz bina evində qalırıq, bağ evimiz yoxdur. Ona görə də rayona gəlmişik”.

Məşhurların villalarını nümayiş etdirməsi deyəsən dəb halına düşəcək.. Davamı gəlsin!

Əntiqə Rəşid