adalet.az header logo
  • Bakı 7°C
17 Aprel 2020 11:01
30623
İQTİSADİYYAT
A- A+

Milyonlarla dollarlıq gəlir - SOCAR istiqrazlarından növbəti faiz ödənişi

Vətəndaşlarımız və investorlar üçün alternativ yatırım imkanı təqdim edən və investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR istiqrazları 17 aprel tarixində baş tutan sayca 14-cü faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 17 milyon 500 min dollara yüksəlib.

"SOCAR Capital” şirkətindən Adalet.az-a verilən məlumata görə, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının $1.25 milyonluq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.

Təkrar bazar əməliyyatları həcminin $190 milyona çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $34 milyon təşkil etməsi SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

SOCAR istiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur.

1 və 5 saylı "ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 iyul tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.