adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Aprel 2020 10:21
32153
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ALLAHIMDAN...

Daş ataraq buluda
gözlərimi yumuram...
Mən , Allahın quluyam,
bəndə haqqın umuram -
Allahımdan!

Ələkdi fikir, xəyal
xəlbirlik iş qalmayıb...
Mənə sevgini verən.
bəlkə , izin almayıb -
Allahımdan?!

Duz salxımı kipriklər,
Ağ cığır donmuş yanaq...
Dərdlə keçən pikniklər
dərsdi bizə, inanaq -
Allahımdan!..

Ürək - şumlanmış tala
Amma susuz, aratsız...
Onu məndən kim alar,
özü də ki, qarantsız -
Allahımdan!..