adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Aprel 2020 09:16
15494
SİYASƏT
A- A+

Mehriban Əliyeva Gürcüstana minnətdarlığını bildirib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Tbilisi televiziya qülləsininAzərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə ölkəmizə göstərdiyi dəstəyə görə Gürcüstan Respublikasına minnətdarlığını bildirib.

"Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”