adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2020 22:47
14810
SİYASƏT
A- A+

Fransanın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə minnətdarlıq edib

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Adalet.az-ın məlumatına görə, məktubda deyilir:

"Cənab Azərbaycan Respublikasının Prezidenti.

Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib.

Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi.

Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makronun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".