adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Aprel 2020 22:16
35393
MARAQLI
A- A+

Arktikada nefti parçalayan mikroorqanizmlər tapıldı

Rusiyalı alimlər Arktikada neft məhsullarını 2-6 dərəcədə parçalaya bilən mikroorqanizmlər aşkar ediblər.

Adalet.az xəbər verir ki, mikroorqanizmlər Aleksandr Torpağı adasında çirklənmiş torpaq nümunələri götürülən zaman aşkar edilib.

Mütəxəssislər bu bakteriyaların torpağın neft məhsullarından təmizlənməsi üçün istifadə oluna biləcəyini iddia ediblər. Onların fikrincə, bu bakteriyalar Arktikadakı ekoloji problemin həllində yardımçı ola bilərlər.