adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2020 21:54
64692
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti: “Həmkarlarımla karantində qeybətləşirik”

"Çalışıram ki, evdə olum. Dövlətin qoyduğu qanunlara riayət edirəm. Bu, bizim sağlamlığımız üçündür. Hamı kimi, mən də evdə darıxıram. Ehtiyaclarımı ödəmək üçün yalnız ərzaq mağazasına və aptekə gedirəm.SMSicazəsi almadan küçəyə çıxmıram”.

Bunu Xalq artisti Naibə AllahverdiyevaOxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Aktrisa dünyanı cənginə alan koronavirusdan qorunmaq üçün ünsiyyəti sıfıra endirdiyini bildirib:

"Heç bir qohum və qonşuya getmirəm, onları da yanıma buraxmıram. Gözə görünməyən bir xəstəlikdir. Bilmək olmur ki, haradan bu virusa yoluxa bilərsən. Çox təhlükəli və qorxuludur. Uzun zamandır ki, beyin və qan təzyiqimin yuxarı olmasından əziyyət çəkirəm.

Həkimlər mənə deyir ki, gün ərzində küçəyəçıxıb, iki saat gəzməlisən. Amma məlum səbəblərdən bunu edə bilmirəm. İnanın ki, evdə oturmaq mənə çox pis təsir edir. Çünki evdə hava yoxdur. Buna rəğmən, küçəyə çıxmıram, evdə qalıram.

Mart ayında İranda koronavirus yayıldı. Fikirləşdim ki, əgər bütün dünyanı bu virus cənginə alırsa, demək, Azərbaycana da gələcək. Elə o ərəfədən bəri özümü təcrid etdim. Ömrümüz çox qısadır. Özümüzü qorumalıyıq”.

Xalq artisti Naibə Allahverdiyeva karantin günlərində sosial şəbəkə vasitəsilə həmkarları ilə canlı ünsiyyət qurduğunu, mütəmadi olaraq onlarla danışdığını söyləyib:

"Həmkarlarımla tez-tez danışıram. Hal və vəziyyətlərini soruşuram. Çalışıram ki, onlarla əlaqəni itirməyim.Hətta qeybətləşirik də”(gülür).

Pandemiya ilə əlaqədəriş yerlərinin bağlanması imkansız ailələri çətin duruma salıb. Elə bu səbəbdənbir çox məşhurlarimkansız ailələrə yardımedirlər. Həmin yardımları çəkib sosial şəbəkə hesablarında paylaşırlar.

Bu, cəmiyyətdə birmənalı qarşılanmır. İzləyicilər "Sağ əlin verdiyini sol əl bilməməlidir” deyib onları tənqid edir. Xalq artisti isə məşhurların bu addımlarını yüksək qiymətləndirir:

"Atalarımız deyib ki, əl tutmaq Əlidən qalıb. Kimin imkanı varsa, imkansızlara əl tutur. Bütün bunlar bir daha Azərbaycan xalqının necə mərhəmətli olmasından xəbər verir. İnanın, çox qürurvericidir. Hərdən eşidirik, deyirlər ki, heç kimin heç kimə borcu yoxdur. Bu cür danışanları tənqid edirəm.

Düşünürəm ki, bir insan kimi hamının hamıya borcu var. İmkanı olan şəxslər imkansızlara kömək, yardım etməlidir. Fikirləşirəm ki, əgər kimsə yardımını çəkib sosial şəbəkələrdə yayırsa, burada qəbahət yoxdur. Bu təbliğdir ki, baxıb digər insanlar da etsinlər. Buna müsbət yanaşıram”.

Bir neçə gün öncə müğənni Rəqsanə İsmayılovanın Xalq artisti Tünzalə Ağayevanın ünvanına səsləndirdiyi "Toydan15 min pul alırsınız. Yarısını xalqa xərcləyin də. Hara aparacaqsınız? Öləndə özünüzlə aparmayacaqsınız. Dövlət məmurlarının uşaqlarının toylarını oxuyurdunuz. Xalq artistiadını alıb şokolad mağazası açmaqla deyil.

Tünzalə Ağayeva, şokoladı göndərirsiniz müğənnilərin evinə, reklam edirsiniz. Səni sevən xalqa kömək et. Bağlatdır o şokoladdan on qutu, göndər on yetimin evinə”sözlərini deməsi saysız-hesabsız müzakirələrə səbəb olub. N.Allahverdiyeva qalmaqallı məsələnin üzərinə fikirləri ilə su səpib, aranı sakitləşdirməyə çalışıb:

"Rəqsanə xanım etirazını çox sərt şəkildə bildirdi. Sözü deyəndə də elə demək lazımdır ki, digərinin xətrinə dəyməsin. O, bu çağırışıgərəkmehribancasına edərdi. Tünzalənin də xətrinə dəyməzdi.

Rəqsanə gərək elə sözlərdən istifadə edərdi ki, təhqir kimi çıxmasın. Yenə də deyirəm ki, bu, bizim insaniborcumuzdur. Biz heç kimi məcbur edə bilmərik ki, yardım etsin. Elə insanlar da var ki, köməyi heç kimə göstərmədən edirlər”.