adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2020 21:35
34455
MARAQLI
A- A+

Uhanda çəkiliş aparan jurnalistlər itkin düşüb - VİDEO

Uhandakoronavirus epidemiyasını işıqlandıran çinli jurnalistlər məlumatları açıqladıqdan sonra itkin düşüblər.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Çen Qiuşi, Fan Bin və Li Zehua şəhərdə epidemiyanın əsl miqyasını göstərmək üçün "YouTube” və "Twitter”ə dolu olan morqların və xəstəxanaların şəkillərini yerləşdirmişdilər. Onlar fevral ayındayoxa çıxıblar. Həmin vaxtdan etibarən bu jurnalistlərin yeri məlum deyil.

Onlardan biri yoxa çıxmazdan əvvəl həbs olunmuşdu. Sosial şəbəkələrdə jurnalistin temperaturunu ölçməyə çalışan zabitlərlə əlbəyaxa olduğu barədə video yayılmışdı.

Digər müxbir, ehtimal ki, UhandaVirusologiyaİnstitutunu ziyarət etdikdən sonragizli polisi maraqlandırıb.

Üçüncüsü isə həmin şəhərdə yerləşən müvəqqəti xəstəxanaya getməyi planlaşdırmışdı.