adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Aprel 2020 06:15
22376
ŞOU-BİZNES
A- A+

Maykl Ceksonun qızı, Farrell və xəstəxanalıq “Avroviziya”...

Dünyanın qarmaqarışıq günündə, karantin zamanında dünya ulduzlarının bir coxunun yaradıcılığında yeniliklərin olduğu ortaya cıxıb. Adalet.az xəbər verir ki, pop musiqisinin kralı Maykl Ceksonun qızı 22 yaşlı Peris "Aludə” serialında İsa peyğəmbər rolunu oynayıb.

Hazırda dünya dərgiləri bu məlumatı tirajlayır. Bildirilir ki, dərc edilmiş kadrlarda onun ağ paltar geyindiyini görmək olar. Filmin süjeti hələ ki məlum deyil.Qeyd etmək lazımdır ki, cazibədar Peris Cekson ilk dəfə kinoya iki il bundan öncə çəkilib. O, Neş Edqertonun "Təhlükəli biznes” filmində yer alıb.

Elə bu arada son onilliyin ən məşhur mahnısının adı açıqlanıb. Reytinq Britaniyanın radio və televiziyalarında mahnıların nə qədər səsləndirilməsi nəzərə alınmaqla tərtib olunub.

Siyahının lideri Farrell Uillyamsın "Happy” treki olub. Bu mahnı "Despicable Me-2” cizgi filmi üçün "soundtrack” olaraq yazılıb və Britaniya çartlarında ən populyar səkkizinci mahnı olub.İkinci yerdə müğənni Adelin ikinci albomunun əsas mahnısı olan "Rolling In The Deep” gəlir. Xatırladaq ki, sözügedən bəstə müğənniyə üç "Grammy” mükafatı gətirib.Siyahıda üçüncü yerdə "Maroon-5” qrupunun və Kristina Agileranın "Moves Like Jagger” mahnısı qərarlaşıb.

Dünyadan kədərləndirici bir xəbər isə "Avroviziya” yarışmasına aiddir. Beləki, Niderlandda "Avroviziya”nın keçirilməli olduğu konfrans mərkəzi koronavirusa görə xəstəxanaya çevrilib. Mahnı müsabiqəsi üçün nəzərdə tutulmuş meydançada xəstəxana çarpayıları düzülüb. Yerli bələdiyyələrvəziyyət pisləşəcəyi və regionalxəstəxanalar kifayət etməyəcəyi təqdirdə bu yolla özlərini sığortalamaq istəyiblər. Xatırladaq ki, "Avroviziya”nın may ayına planlaşdırılmış builki müsabiqəsikoronavirus pandemiyasına görə ləğv edilib.

Əntiqə Rəşid