adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Aprel 2020 10:55
36891
MARAQLI
A- A+

Ləman Mustafaqızı: Sənə 3 dəfə qayıq yolladım!

Bir kənddə sel gəlir. Kənd camaatı xilas olmaq üçün pərən-pərən düşürlər. Yalnız bir nəfərdən savayı. Ondan soruşurlar:
- Sən niyə xilas olmursan?
- Mən Allaha dua edirəm. Mənim heç bir günahım yoxdur - Allah gələcək və məni xilas edəcək.
Bir qədər sonra su sonra adamın dizinə kimi qalxır. Qayıqda onun yanından üzüb keçən kənd camaatı deyir:
- Kişi, özünü göstərməyi qurtar, min qayığa, yoxsa boğulacaqsan!
- Minmirəm. Allah dualarımı eşidir - gələcək və məni xilas edəcək.
Su kişinin qurşağınadək çatır. Yanından üzən digər qayıqdakılar səslənirlər:
- Tərslik eləmə, boğulacaqsan!
- İstəmirəm. Allah mənim dualarımı eşidəcək və xilas edəcək.
Su adamın boğazınadək qalxır. Bu dəm yanından ötən üçüncü qayıqdakı kənd camaatı kişini haraylayırlar:
- Kişi, qayığa min, yoxsa burdan düz Allahın dərgahına yollanacaqsan!
- Allah məni eşidəcək və xilas edəcək.
Beləcə su bir az da qalxır və kişi boğulur.
Adam o dünyada Allahın hüzuruna gəlir və soruşur:
- Bu nə deməkdir? Mən bütün ömrüm boyu son anadək dua etdim, amma yenə də boğuldum!
Allah:
- Kişi, sən axmağın yekəsisən! Mən sənə 3 dəfə qayıq yolladım!