adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2020 22:16
14983
İDMAN
A- A+

Useyn Bolt koronavirusla mübarizəyə vəsait ayırdı

Yüngül atletika üzrə səkkizqat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt koronavirusla mübarizəyə maddi vəsait ayırıb.

Worldathletics.org xəbər verir ki, idman tarixinin ən sürətli sprinterlərindən biri Yamaykada pandemiyaya dəstək məqsədilə 3 400 avro (6 343 manat) pul ayırıb.

Qeyd edək ki, Yamaykada 105 nəfərdə koronavirus aşkar edilib. Beş nəfər isə virusun qurbanı olub.