adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Aprel 2020 20:48
30115
KRİMİNAL
A- A+

Axtarışda olan keçmiş məhkum narkotiklə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini D.Balaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Balaşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırmalarla D.Balaşovun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.