adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2020 19:36
16868
İDMAN
A- A+

Zabit Səmədovun döyüş məktəbi koronavirusla mübarizəyə pul ayırıb - FOTO

Zabit Səmədova məxsus döyüş məktəbi koronavirusla mübarizəyə qoşulub.

Oxu.Az-ın xəbərinə görə, Zabit SəmədovDöyüş Məktəbi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat pul ayırıb.

Qeyd edək ki, bundan əvvəl də digər idman qurumları bu fonda pul köçürmüşdü. Bunlar "Sabah” futbol klubu, Bədən Tərbiyəsi və İdman Akademiyası (hər biri 50 min manat), Gənclər və İdman Nazirliyi (30 150 manat), Milli Olimpiya Komitəsi (10 min manat), Milli Paralimpiya Komitəsi (2 667 manat), "Omar” idman və atçılıq klubu (2 min manat), "Əlincə” idman klubu (1 050 manat), Dünya Alpinistlər Federasiyası (500 manat) və "Qol Güləşi” idman klubudur (100 manat).