adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
15 Aprel 2020 19:28
12668
DÜNYA
A- A+

Türkiyədə çayda üzən tabutlar insanları qorxuya saldı - VİDEO

Türkiyənin Bayburt şəhərində, Çoruh çayında üzən tabutlar insanlar arasında təşvişə səbəb olub.

"İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, insanlar çayda tabutların üzdüyünü görərək polisə xəbər veriblər.

Hadisə yerinə gələn əməkdaşlar boş tabutları çaydan çıxarıblar.

Məlum olub ki, bu tabutlarda Almanıyada ölən şəxslər Türkiyəyə gətirilib. Cəsədlər dəfn edildikdən sonra məhəllə sakininə tabutların sındırılması tapşırılsa da, o, başqa fikrə düşüb.

Dəfn olunan şəxslərin koronavirusdan ölmədiyi vurğulanıb.