adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Aprel 2020 15:48
18486
DÜNYA
A- A+

DOSTLAR, DEYƏSƏN İNDİ XƏBƏR TUTMUSUZ ?!

Son iki gündü saytlarda və sosial şəbəkələrdə bir video yayılır: İran İSLAM RESPUBLİKASI Dağlıq Qarabağa yanacaq və ərzaq göndərir. Mətbuatda da ərzaq aparan maşınların şəkilləri verilib.

Amma din qardaşlarımızın Azərbaycandakı səfiri bunu təkzib edir. Bilmirsən gözünlə gördüyünə inanasan, yoxsa səfirin dediyinə?

Mən o videoya diqqətlə baxdım və həmin ərazini tanıdım. Həqiqətən Xankəndi yoludu. Hər bir Qarabağlı bunu təsdiq edə bilər.

Və bizim mətbuat da bunu elə yazır ki, sanki İranın Qarabağ ermənilərinə yanacaq və ərzaq yardımı etməyi birinci dəfədi.

Mən bir neçə dəfə İrandan keçməklə maşınla Naxçıvana getmişəm. Və hər dəfə də belə bir mənzərənin şahidi olmuşam: İran və Ermənistan arasında yüzdən çox yanacaq maşınları və digər nələrsə daşıyan tirləri görmüşəm və hətta saymışam. Təbii ki, Ermənistana keçən həmin yanacaq və digər məhsullar ordan da Qarabağ separatçılarına da göndərilir.

İndi ermənilər bu işi asanlaşdırmaq və məsafəni qısaltmaq üçün Bakı-Naxçıvan dəmir yol xəttinin kənarı ilə işğal altındakı Cəbrayıla yol çəkirlər. Bilmirəm yol çəkilişini qurtarıblar, yoxsa yox.

Yəni buna o qədər təəccüblənməyin. Uzun illərdi İran Ermənistanın şah damarını qanla təmin edir.