adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Aprel 2020 07:29
26870
ŞOU-BİZNES
A- A+

Kamil Zeynallının yardımsevərliyi dünya mətbuatında

Son günlər gündəmi zəbt edən idmançı Kamil Zeynallı imkansız ailələrə yardımını davam etdirir. Bəziləri Kamili tənqid etsə də, əksəriyyət ona dəstək olaraq onun bu addımını yüksək qiymətləndirirlər. Müğənni Rəqsanə İsmayılova da Kamil Zeynallı başlatdığı kampaniyaya qoşularaq karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə yardım etməklə insanların rəğbətini qazanıb.

Adalet.az xəbər verir ki, müğənni Təranə Qumral da Kamilə dəstək olan məşhurlardandır. Təranə Kamilin videosun paylaşaraq: "Can, başına dönərəm, Kamil" sözlərini qeyd edib.

koronavirusla bağlı ən başdan dövlətə dəstək məqsədi ilə kasıb və imkansız ailələrinin yanında olan Kamil haqqda Türkiyə mətbuatında da geniş video yayımlanıb:




"Azərbaycanlı xeyirsevər idmançı koronavirusla bağlı iş yerləri bağlanan insanlara göstərilən yardımları ilə həqiqi və milli birlik göstərib. Bəzən məşhur idmançının xeyirsevərliyini dəstəkləməyən və məhəl qoymadan öz yardımlarını davam etdirir. Küçədə gördüyü insanlara, bomjlara tibbi və qida yardımı edir. Evsiz və kimsəsiz yaşlı insanların səhhəti ilə də maraqlanır. Tanınmış idmançı dostları ilə qurduğu yardım aksiyasını hələ də davam etdirir".

Əntiqə Rəşid