adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2020 13:56
11395
DÜNYA
A- A+

Tramp ÜST-ı maliyyələşdirməkdən imtina etdi

ABŞ dövlət departamenti Ümümdünya Səhiyyə Təşkilatını "öz işlərini" yerinə yetirmədiyinə görə maliyyə imkanlarından məhrum edib. Bu barədə Fokus News telekanalına müsahibə verən dövlət katibi Mayk Pompeo bəyan edib ki, ÜST COVİD19-la bağlı öz işini yerinə yetirməyib.

"Biz bu suallara açıq aydın cavab istəyirik. Bizə ÜST-ın öz əsas funksiyasını yerinə yetirməklə dünyaya dəqiq effektiv müasir məlumatlar verməklə qlobal sahədə səhiyyə sistemində nələr baş verdiyi barədə əvvəlcədən xəbər verməlidir. Hazırki vəziyyətdə onlar bu işin öhdəsindən gələ bilməyiblər." - deyə bildirib.

Bu həftənin 2-ci günü ABŞ Prezidenti Donald Tramp bildirib ki, Koronavirusla bağlı məlumatları vaxtında vermədiyi, həmçinin əsl həqiqəti dünya ictimaiyyətinə vaxtında çatdırmadığı üçün Vaşinqton ÜST-ın maliyyələşdirilməsini dayandırır.

Daha əvvəl Xopkins Universiteti bildirmişdir ki, hazırda ABŞ-da 608.000 koronavirusa yoluxma faktı qeydə alınıb 26.000 nəfər ölüb.

Sputnik Radio stansiyasına bununla bağlı Amerika üzrə mütəxəssis , hüquq fakultəsinin professoru Aleksandr Domrin bildirib ki, "Burada gözlənilməz bir şey yoxdur. Bu amerikalıların məntiqidir. Tramp hesab edir ki, bu təşkilat xəstəliklərlə mübarizə etmək əvəzinə bürokratik təşkilata çevirilib". 

Onun fikrincə koronavirusun ABŞ-da yoluxma və ölüm hallarının statistikası Trampı seçkilər ərəfəsində çətin vəziyyətə salıb.

RÜSTƏM HACIYEV