adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Aprel 2020 10:46
30072
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: İLLƏRİN





























Qapı döyür yaylaq vaxtı, köç vaxtı
Ayır - deyir, ara - deyir, seç vaxtı...
Yatammadım yalmanına heç vaxtı -
Bu yüyənsiz, bu yəhərsiz illərin...

Ürəyimin teli hürkək, üşəngi
Meh də dəysə qırılandı, düşəndi!
Yaddaşıma elat yolu döşəndi -
Xatırladım qəm, qəhərsiz illərin!

Ad çəkirəm dodağımda titrəyiş
Odum, közüm O, ocaqda - pirdəymiş!
Mənim gücüm dağlardakı sirdəymiş -
Bax sayıram, o səhərsiz, illərin!

Sığınaraq düşüncələr çətrinə
Batıb qaldım, xatirələr ətrinə...
Heç ağlının ucuna da gətirmə -
Əbülfətin kənd - şəhərsiz illərin!..