adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Aprel 2020 07:43
117958
ŞOU-BİZNES
A- A+

Aktrisa Ülviyyə Xəlilbəyli: ”... çoxdan bezmişik...”

"Vicdan haqqı" serialından tanıdığımız və sevdiyimiz Nərgiz - aktrisa Ülviyyə Xəlilbəyli paylaşımı ilə diqqət çəkib.


Adalet.az xəbər verir ki, aktrisa instaqram hesabında həyat yoldaşı Murad İsmayıl ilə birlikdə görüntüləndiyi fotonu paylaşaraq: "Bəzi səhifələr şəklimizi paylaşıb "yaraşırlar?" sualını verməkdən bezməsə də, biz bu tip paylaşımlardan çoxdan bezmişik...Yaraşsaq da, yaraşmasaq da olanımız budur" şərhini yazıb. Foto izləyicilərin diqqətin çəkib. Hər kəs cütlüyün bir-birinə yaraşdığını qeyd edib.



Qeyd edək ki, 26 iyul 1990-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. İxtisası interyer üzrə dizaynerdir. 2011-ci ildən etibarən televiziya sahəsində çalışıb. İlk əvvəl "Mədəniyyət” kanalında aparıcı kimi fəaliyyət göstərib, daha sonra "MuzTV”də,” Lider”də "Stil”, "Barkod”, "Mix” maqazin verlişlərinin aparıcısı olub. Həm də fotomodel kimi fəaliyyət göstərib.

Əntiqə Rəşid