adalet.az header logo
  • Bakı 18°C
15 Aprel 2020 10:11
13695
DÜNYA
A- A+

Dünyada koronavirusa yoluxanların sayı iki milyonu keçdi - YENİLƏNİB

Dünyada koronavirusa yoluxanların sayı ikimilyonu keçərək, 2 000 043 nəfər olub.

Bu barəd Adalet.az-ın onlayn statistikasındaməlumat verilib.

Ölənlər 126 753, sağalanlar isə 483 573 nəfər təşkil edir.

Statistikaya əsasən, qitələr arasında ilk yerdə 937 436 yoluxma sayı ilə Avropa, ölkələr arasında isə 614 246 yoluxma ilə ABŞ dayanır.

08:04

Ötən gün ərzində dünyada koronavirusa yoluxanların sayı 1 999 279 nəfərə çatıb.

Bu barədən onlayn statistikasında qeyd olunub.

Virusdan 126 720 nəfər həyatını itirib, 478 932 nəfər isə sağalıb.

Koronavirusa ən çox yoluxma faktı ABŞ-da qeyd olunub. Burada 614 117 nəfər virusa yoluxub. Virusdan ölənlər isə 26 059 nəfər təşkil edir.

Həmçinin, bu xəstəliyə yoluxan insanların sayına görə ilk onluğa İspaniya (174 060), İtaliya (162 488), Fransa (143 303), Almaniya (132 210), Böyük Britaniya (93 873), Çin (82 295), İran (74 877), Türkiyə (65 111) və Belçika (31 119) daxildir.

Ən çox sağalma sayı 77 816 olmaqla, Çindədir.