adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Aprel 2020 22:33
13201
DÜNYA
A- A+

Türkiyədə son sutka ərzində koronavirusdan 107 nəfər dünyasını dəyişib

Türkiyədə son sutka ərzində koronavirusdan daha 107 nəfər ölüb, 842 nəfər sağalıb. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 1403 nəfərə çatıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

F.Qoca deyib ki, aprelin 14-də ölkə üzrə 33 070 nəfər üzərində test aparılıb.

Nazirin sözlərinə görə, ölkədə 4 062 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 65 111 nəfərə yüksəlib.