adalet.az header logo
  • Bakı 18°C
14 Aprel 2020 21:25
29069
KRİMİNAL
A- A+

Quldurluq yolu ilə avtomobil ələ keçirən şəxs saxlanılıb

Quldurluqda şübhəli bilinən Kəlbəcər rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvar ayının 6-da Lənbəran kəndi ərazisində Xocalı şəhər sakini K.Əhmədova bıçaqla daxilə nüfuz edən xəsarət yetirib "VAZ-2106” markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Kəlbəcər rayon sakini R.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.