adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Aprel 2020 21:28
17951
İDMAN
A- A+

Pərviz Abdullayev: “Gördüm ki, Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var”

"Çoxdandır arzusunda olduğum "Survivor” yarışı mənim üçün gözəl bir macəra oldu”.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan kikboksçusuPərviz Abdullayev deyib.

"Kobra” ləqəbli idmançımız bir həftə əvvəl SMS yolu ilə kənarlaşdırıldığı "Survivor” realiti-şousu barədə fikirlərini "Instagram” hesabındabildirib. O, dəstəyə görə hamıya minnətdarlığını ifadə edib:

"Yarışda keçirdiyim zaman ərzində həmvətənlərimin və türk qardaşlarımın dəstəyini daim hiss etdim. Mənə qarşı olan inamınızı bacardığım qədər doğrultmağa çalışdım, həm orada göstərdiyim performansla, həm də xarakterimlə. Orada türk dostlarımın mənə olan hörməti və sizin sevginiz sayəsində özümü heç də qəriblikdə hiss etmədim.

Bunu bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən, iki dövlət, bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Bu yarışmənə yaxşı dostlar qazandırdı.

Onlara da yarışda və şəxsi həyatlarında uğurlar arzulayır, başda Acun Ilıcalı olmaqla, bütün "Survivor” kollektivinə minnətdarlığımı bildirirəm. Siz - əziz həmvətənlərimə də qəlbinizlə daim yanımda olub məni dəstəklədiyiniz üçün təşəkkür edirəm!”