adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2020 21:19
13349
DÜNYA
A- A+

Putin Rusiyada koronavirusun yayılmasının pik həddindən danışdı

"Rusiyada yeni tip koronavirusun yayılmasının pik həddi hələ keçilməyib”.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin Ali Şurasının bu gün onlayn formatda keçirilən iclasında deyib.

"Biz sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyirik, zəruri profilaktik və digər tədbirləri görürük”, - deyə Rusiya lideri bildirib.

V.Putinhəmçinin, ölkənin bir çox regionlarında koronavirusun yayılması tempinin aşağı salınması üçün özünütəcrid rejiminin qüvvədə olduğunu bildirib.

Oqeyd edib ki, ehtiyac yaranacağı təqdirdə Müdafiə Nazirliyinin hospitalları koronaviruslu xəstələrin qəbulu üçün açılacaq.