adalet.az header logo
  • Bakı 18°C
14 Aprel 2020 20:09
13268
DÜNYA
A- A+

Koronavirus bu dəfə sevindirdi: Uşaq evinin bütün sakinləri ailələrə verildi - VİDEO

Rusiya Federasiyasının Kareliya Respublikasında koronavirusla əlaqədar tətbiq olunan karantin dövründə uşaq evinin bütün sakinləri müvəqqəti olaraq ailələr arasında bölüşdürülüb.

Bu barədə REN TV Rusiyada Uşaqlara YardımMərkəzinin Mətbuat Xidmətinə istinadla xəbər yayıb.

Bildirilib ki, müəssisədə artıquşaq qalmayıb.

"Müəssisə rəhbərliyi qərarınıza görə hər birinizə təşəkkür edir. Uşaqlar ailə mühitində çox rahatdır. Mövcud vəziyyətdə bu aktualdır. Hamıya can sağlığı diləyirəm! Və... profilaktik tədbirləri unutmayın!”, - deyə məlumatda bildirilib.