adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Aprel 2020 19:24
33029
KRİMİNAL
A- A+

Məşhur narkobaron illər sonra həbs edildi

Mozambikdə 1998-ci ildə həbsxanadan qaçan braziliyalı məşhur narkobaron Jilberto Aparesido duş Santuş saxlanılıb.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

Uzun illər ərzində Jilberto duş Santuş dünyanın ən çox axtarılan cinayətkarları siyahısında olub. Mozambik polisi narkobaronu braziliyalı həmkarları iləbirgə yaxalayıb.

Qeyd edək ki, Jilberto duşSantuş1998-ci ildə həbsdən qaçıb. O, "Birinci Paytaxt Komandası” kriminal qrupuna rəhbərlik edib.

"Birinci Paytaxt Komandası” 1993-cü ildə yaradılıb, hazırda Braziliyanın ən böyük cinayətkar dəstəsidir və 13 min üzvü var.