adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Aprel 2020 07:46
19585
ŞOU-BİZNES
A- A+

Sindinin qızı Kaya paylaşımı ilə heyran etdi: “Ən yaxşı dostlar”...

Əvvəlcə supermodel Sindi Krouford: Onunun ilk dəfə səhnəyə çıxmasından 35 il keçir. Bu müddətdə o, ən azı 1000-lə jurnalın üz qabığı üçün pozalar verib. Artıq 53 yaşında olan modelin yeni şəkilləri 20 yaşlı gənclərin belə ona həsəd apara biləcəyini göstərir. Sindi özü də hələ "qocalmaq fikrində deyil". 2 uşaq anası da olan Krouford o qədər də ciddi plastik cərrahiyyə əməliyyatları keçirməyib və əksinə, bunun insanı yaşlı göstərdiyini düşünür. Görkəmindən məmnun olan ulduz hələ deyəsən, çox jurnalların üz qabığını bəzəyəcək...


Sindi Kroufordun yolunu davam etdirən model qızı Kaya Gerberin reklam siması olaraq daha da şöhrət qazanan Kaya günü-gündən anasına bənzəməsi ilə diqqətləri üzərində cəmləyib.

Adalet.az xəbər verir ki, bu günlədə amerikalı supermodel Kaya Gerber özünün "Instagram” hesabında açıq-saçıq çimərlik geyimində fotosunu paylaşıb.

Bildirilir ki, onun "ən yaxşı dostlar” kimi şərh etdiyi fotosu 350 mindən artıq istifadəçi tərəfindən bəyənilib. Pərəstişkarları məşhur model Sindi Kroufordun qızının xarici görünüşünəheyran olduqlarını bildiriblər.

Əntiqə Rəşid