adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2020 09:24
39706
ƏDƏBİYYAT
A- A+

FENOMEN – MƏRYƏM XANIM - İftixar Piriyev yazır






















Bircə ömrün içində min-min mənalar yaşar,
Min mənanın içinə bir ömür sığmayan tək.
Zəngin təfəkkürüylə, dərin fəlsəfəsiylə
Mənaların fövqündə Məryəm xanım bir gerçək.

Sehir bir tilsimdirsə, seyir bir həqiqətdir,
Elm bir hikmətdirsə, alim də bir zinətdir.
Sehir, seyir içində misilsiz Məryəm xanım
Öz elmi qüdrətilə gerçək bir mərifətdir.

Canından artıq sevir sənətkarı, sənəti,
Teatrı yaşatmaq! – Budur onun niyyəti.
Möhtərəm Məryəm xanım əvəzsiz fenomendir!
Sənət kəhkaşanında yoxdur onun qiyməti.

Yetmişin zirvəsinə on səkkizdən boylanır,
Hər an cavan ürəyi sənət eşqiylə yanır.
Öyrətmənim, müəlliməm, sevimli Məryəm xanım
Yenə öz orbitində Günəş kmi canlanır.

Allah ona yar olsun, bütün məhəbbətiylə!
Sənət salnaməsində Məryəm xanım bir örnək.
İftixarın arzusu, İftixarın niyyəti,
Əziz Məryəm xanımı uzun ömürlü görmək.

13.04.2020. Saat 22.05