adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
16 Aprel 2020 08:01
52520
ŞOU-BİZNES
A- A+

Klaustrofobiya nədir və Birce Akalay bu xəstəlikdən əziyyət çəkir

Birce Akalay 19 iyun 1984-cü ildə İstanbulda doğulmuş Birce Akalay 2004-cü ildə 20 yaşındaykən "2004 Türkiye Güzellik Yarışmasında” üçüncü olmasıyla diqqətləri üzerinə çəkməyi başaran tanınmış bir aktrisadır. Amma son günlər koronavirusa görə onunda həyatında bir durğunluq yaşanır. Beləki, çəkilişləri saxlanan "Babil” serialında İlay obrazını canlandıran Birce Akalayəın sıxıntısına bir sıxıntıda əlavə olunub, Evində karantində qalan sənətçi klaustrofobiyadan əziyyət çəkdiyini deyib

Adalet.az xəbər verir ki, aktrisa bu barədə "İnstagram”da qonaq olduğu canlı yayımda açıqlama verib. O, "Klaustrofobiyam var və evdə qalmaq mənə çox çətindir” deyib. Akalay karantin müddətində vaxtı dəyərləndirməyin lazım olduğunu və düşünməkzamanının gəldiyini vurğulayıb.

Qeyd edək ki, oxucularımızı maarifləndirmək məqsədi ilə adıgedən xəstəliyə də aydınlıq gətirməyə istədik: klaustrofobiya bir insanın qapalı yerlərdə və ya çox sayda insan olduğu yerlərdə olmağından yarananqorxudur. Klostrofobiyalıinsanlar xüsusi ilə -liftlər, kiçik otaqlar, müxtəlif kabinetlər, eləcə də supermarketlərdə, kinoteatrlarda, çox sayda ziyarətçi salonlarında beləolmaqdan qorxurlar.

Klaustrofobiyanın əsas simptomları:

Qapalı yerdən qorxmaq,

Tez-tez nəfəs alma,

Tərləmə,

Ürək ritminin artması,

Ürəkbulanma,

Qoru hissi.

Adətən bu fobiyanın aradan qaldırılması üçün psixoterapiya və müxtəlif psixotrop maddələrin qəbulu tövsiyyə edilir.

Klaustrofobiyanınyüngül müalicəüsuluhipnozterapiyasayılır. Hipnozterapiyada bir neçə seansdan artıq şəxs qorxularından azad olur.

Qeyd etmək lazımdır ki, bu metodika digərlərindən daha effektlidir, yalnız heç bir metod 100% xəstəlikdən qurtulmağa zəmanət vermir.

Klaustrofobiya ilə necə yaşamalı?!

Fobiyalı şəxsəgər həkimə müraciət edib müalicə almırsa, bu zaman xəstəlik xroniki formaya keçir.

Xroniki halda isə insan sıxlıq olan məkanlardan qaçmağa çalışır, metrolardan, ictimai yerlərdən imtina edir,əhatə dairəsi darlaşırvə bu zaman şəxsdə özünə qapanma, insanlardan uzaqlaşma baş verir.

Əvvəlcədən xəstəliyin müalicəsinin effektiv olması mümkün deyil. Çünki bəzi hallarda, psixoterapiya kursu fobiyanı tam dəf edə bilmir. Qismən olaraq pristuplar az-az tutmağa davam edir. Bəzi hallarda isə fobiya özü özünə daxilə müdaxilələrsiz dəf oluna bilər. Qeyd etməliyik ki, xəstəliyin simptomları kiçiklərə nisbətən böyüklərdə daha az hiss olunur.

Əntiqə Rəşid