adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Aprel 2020 22:00
51123
HÜQUQ
A- A+

Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik – Alternativ cəzalar olacaq

Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif olunur.Layihə Milli MəclisinHüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirə edilib.

Adalet.az-ın məlumatına görə, layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. Həmçinin 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.

Üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.

30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar - cərimə, islah işləri və azadlığın məhdudlaşdırılmasıdaxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.