adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Aprel 2020 21:46
16391
İDMAN
A- A+

Rakitiç karyerasının gələcəyi barədə: “Kartof kisəsi deyiləm”

"Barselona” klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç gələcəyi barədə açıqlamalar verib.

Bu barədə "Mundo Deportivo” nəşri yazıb.

İ.Rakitiç açıqlamasında özünün idman karyerasını harada davam etdirəcəyinə qərar vermək iqtidarında olduğunu qeyd edib.

"Mən kartof kisəsi deyiləm. Kimsə olmadan da bundan sonra nə edəcəyimə qərar verə bilərəm. Sevildiyim yerdə olmaq istəyirəm. Burada olsa, çox gözəl, olmasa da, olmaz”, - deyə İ.Rakitiç bildirib.

Xatırladaq ki, İ.Rakitiçin "Barselona” ilə müqaviləsi gələn il başa çatacaq.