adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Aprel 2020 21:20
16753
İDMAN
A- A+

İtaliya A Seriyası bu tarixdə bərpa oluna bilər

İtaliyanın Futbol FederasiyasıA Seriyasını bərpa etmək üçün 30 may tarixini nəzərdən keçirir.

Bu barədə "Corriere dello Sport” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, koronavirusa görə tətbiq edilən karantinin mayın 3-nə qədər uzadıldığı İtaliyada futbol klubları artıq məşqlərə başlamağın planlarını qurur. Bəzi klublar aprelin 27-dən məşqlərə başlamaq üçün müraciət də ediblər.

Komandaların məşqlərə ən geci mayın 4-də başlaması ehtimalına əsasən, federasiya 30-31 may tarixlərində çempionatı bərpa etmək istəyir.