adalet.az header logo
  • Bakı 18°C
13 Aprel 2020 19:24
13425
DÜNYA
A- A+

Lukaşenko: “Belarusda koronavirusdan heç kim ölməyəcək, buna qəti əminəm”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsində koronavirusdan ölənlərin olmadığını elan edib.

Lukaşenkonun çıxışı barədə xəbəri BELTA agentliyi yayıb.

A.Lukaşenko bildirib ki, həyatını itirən şəxslər müxtəlif xroniki xəstəlikdən əziyyət çəkib.

Çıxışının davamında Belarus lideri vətəndaşlarına söz verib ki, ölkədə heç kim koronavirusdan ölməyəcək:

"Mən bunu açıq şəkildə elan edirəm. Buna qəti əminəm”.

Qeyd edək ki, Belarus rəsmiləri 26 xəstənin COVID-19-dan öldüyünü açıqlayıb.