adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Aprel 2020 18:11
15117
DÜNYA
A- A+

İran koronavirusun bioloji silah olması ehtimalını araşdırır

İran Silahlı Qüvvələri Baş Qərargahının Səhiyyə İdarəsinin rəisi, briqada generalı Həsən Aragizadə ölkədə koronavirusunyayılmasının bioloji müharibənin tərkib hissəsi olub-olmamasının araşdırıldığını deyib.

Bu barədə "İhlas Haber Ajansı” İran mediasına əsasən xəbər yayıb.

H.Aragizadə bu ehtimalın İranın elmi mərkəzlərində araşdırıldığını bildirib:

"Qəti bir dəlil olmadan koronavirusunbioloji silah olduğunu deyə bilmərik. Bu iddianı elmi və dəqiq şəkildə təsdiqləmək isə asan deyil. Buna görə, digər ölkələr də həminməsələni araşdıracaqlar”.

İran Silahlı Qüvvələrinin ilk gündən koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyinə dəstək verdiyini qeyd edən general həmin quruma zəruri yardımı təmin etmək üçün ordu daxilində ayrıca birlik yaratdıqlarını söyləyib.

O, ordu tərəfindən ölkə daxilində 7 sahə xəstəxanasının qurulduğunu və ehtiyac olduqda əsgərlərin şəhərlərdə dezinfeksiya işlərində iştirak etdiyini də vurğulayıb.