adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Aprel 2020 17:42
13887
DÜNYA
A- A+

Koronavirus xəstələrinə qulluq edən tibb bacısı: “Biz dəmirdən deyilik” - VİDEO

Nyu-York şəhərində koronavirusa yoluxan xəstələrə xidmət edən tibb bacısının təsirli müraciəti yayımlanıb.

REN TV-nin xəbərinə görə, 35 yaşlı tibb bacısı Deniell Şmollbildirib ki, COVID-19 virusundan əziyyət çəkən xəstələrə kömək etmək məqsədilə Nyu-Yorka gəlib.

Videomüraciətdə D.Şmoll söyləyir ki, artıq palatalara daxil olub xəstələrin öldüyünü görə bilmir.

Tibb bacısı qeyd edir ki, ən çətini koronavirusdan ölən xəstənin yaxınlarına bu xəbəri çatdırmaqdır.

D.Şmollçıxışının sonunda insanları bir-birinəmərhəmət göstərməyə və həkimlərin "dəmirdən” olmadığını başa düşməyə çağırış edir.