adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Aprel 2020 16:03
30379
KRİMİNAL
A- A+

“Azxeber”in 10 yaşı oldu

Bu gün Azxeber.com informasiya portalının 10 yaşı tamam olur.

Adalet.az xəbər verir ki, 2010-cu il aprelin 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarından biridir.

Belə ki, portalın rəsmi səhifəsini "Facebook”da 600 min, "İnstagram”da isə 480 mindən çox insan bəyənib.

Həmçinin portalın "Twitter”, "Youtube” və "Telegram” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabları mövcuddur.

Millət vəkili Aqil ABBAS və "Ədalət"in kollektivi Azxeber.com informasiya portalını 10 yaşı münasibəti ilə təbrik edir.